Yeqor Beroyev

Yeqor Beroyev

Aktyor

BİOQRAFİYA

Yeqor Vadimoviç Beroyev – rusiyalı teatr, kino və televiziya aktyoru, teleaparıcıdır, ictimai xadimdir. Yeqor Beroyev 9 oktyabr 1977-ci ildə aktyor ailəsində anadan olub. Atası aktyor Vadim Mixeyenko, anası aktrisa Yelena Beroyevadır. Ana babası teatr və kino aktyoru Vadim Beroyev, nənəsi aktrisa Elvira Brunovskaya olub. Atası ilə demək olar ki, əlaqəsi olmayıb. Dmitri adlı kiçik qardaşı və Andrey adlı dayısı oğlu var, onlar da aktyordurlar. İlk dəfə səhnəyə yeddi yaşında olanda çıxıb. 1994-cü ildə M.S.Şepkin adına Ali teatr məktəbinə daxil olub. Elə həmin il “Məhəbbətə ithaf” adlı filmdə debüt edib. Bu təhsil ocağını bitirdikdən sonra A.P.Çexov adına Moskva Bədaye Teatrının truppasına qəbul olunub. Debütünü “Boris Qodunov” tamaşasında Fyodr Qodunov rolu ilə gerçəkləşdirib. Bundan başqa, “Adi hekayə”, “Kabus”, “İşıq zülməti də nurlandırır”, “Cülyetta və onun Romeosu” kimi tamaşalarda iştirak edib. Televiziya karyerası “Ailə sirrləri”, “Beşinci künc”, “Moskva pəncərələri” kimi seriallarda epizodik rollarla başlayıb. Daha sonra “Vətəndaş rəis”  çoxseriyalı filminə çəkilib. Ona populyarlığı yazıçı Akuninin öz yazdığı ssenari əsasında çəkilən “Türk qambiti” filmində oynadığı baş rol qazandırıb. Aktrisa Kseniya Alfyorova ilə evlidir. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D1%80%D0%BE%D0%B5%D0%B2,_%D0%95%D0%B3%D0%BE%D1%80_%D0%92%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç