Əmrah Erdoğan İpək — Türkiyə müğənnisi, aktyor və bəstəkardır. Elyasa Ərdoğan və Aytən Ərdoğanın yeganə övladı olan Əmrah 1 yanvar 1971-ci ildə Diyarbakır şəhərinin Ərqani qəsəbəsində anadan olub. Əmrah hələ 1 yaş 6 aylıq ikən atası dünyasını dəyişir. Sonradan anasının işi ilə əlaqədar onlar Elazığ şəhərinin Gülaman qəsəbəsinə köçürlər. Balaca Əmrah ibtidai təhsilini burada alsa da, orta təhsilini Diyarbakırda davam etdirir. Müğənni kimi səhnə fəaliyyətinə 1984-cü ildə buraxdığı "Ağam-Ağam" mahnı albomu ilə qədəm qoyur. 1986-cı ildə çıxardığı "Boynu büküklər" albomu 1,5 milyon ədəd CD, 1987-ci ildə çıxardığı "Ayrılamam" albomu 2,5 milyon ədəd CD, 1993-cü ildə çıxardığı "Haydı şimdi gel" albomu 3,5 milyon ədəd CD və 1996-ci ildə çıxardığı "Narin yarim" albomu 2,2 milyon ədəd CD satılaraq o zaman Türkiyənin şou-biznes tarixində rekord sayılır. Əmrah XX əsin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir. Türkiyəli məşhurlar Ebru Çolak, Seren Serengil, Əsra Dop, Ebru Yaşar, Selin Boronkay, Ebru Destan, Demet Akalın, Nur Sevda, Dilek Sayğı, Arzu Yanardağ, Didəm Dəmir, Reyhan Karaca, Asuman Krause, Zeynep Mansur və s. qadınlarla isti münasibətləri olsa da, ailə həyatı qurmayıb. Əmrahın Ebru Çolakdan Tayfun adında bir oğlu var (1990-cı il təvəllüdlü).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C6%8Fmrah_%C4%B0p%C9%99k