Darius Xonci

Darius Xonci

Operator

BİOQRAFİYA

Darius Xonci – iran əsilli fransız kinooperatordur. 21 oktyabr 1955-ci ildə Tehranda doğulub (İran). Atası iranlı, anası fransızdır. Uşaq olanda valideynləri ilə birlikdə Fransaya köçüb. Hələ yeniyetməlik illərindən həvəskar filmlərin çəkilişi ilə məşğul olub. Los-Anceles və Nyu-Yorkda  təhsil alıb. Yonas Mekas kimi tanınmış müəllimi olub. 1981-ci ildə Fransaya geri dönüb. Operator qismində reklam çarxları və videokliplərin çəkilişində iştirak edib. “İt adasının xəzinəsi” adlı ağ-qara filmi üzərində gördüyü işlə məşhurlaşıb. Növbəti ciddi işi “Delikateslər” (1991) filmi olub. Həmin iş onun şöhrətini daha da artıraraq “Sezar” mükafatına namizədlik qazandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Darius_Khondji

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç