Denni Çan

Denni Çan

Aktyor

BİOQRAFİYA

Denni Çan (əsl adı Çan Kvok-Kvan) – çinli kinoaktyordur. 1 avqust 1975-ci ildə anadan olub. Karyerasına “Poet” rok-qrupunun vokalisti kimi başlayıb. Cit Kun Do əlbəyaxa idman növü ilə məşğul olub, Brüs Linin qoyduğu kunqfu ənənələrinin müasir davamçılarından sayılır. Xarici görünüşündən də Brüs Liyə oxşadığından bir çox bioqrafik filmlərdə Brüs Li obrazını canlandırıb. 25 oktyabr 2014-cü ildə tanınmış kantopop müğənnisi Emm Vonqla Bali adasında ailə qurub. İlk rolunu 1995-ci ildəHuai hai zi ju le bu” filmində oynayıb. Şöhrəti ona rejissor və aktyo Stiven Çounun dünyaca məşhur “Şaolin futbolu” idman komediyasında oynadığı qapıçı rolu gətirib. O, həmçinin Stivenin Çounun “Kunq-fu üslubunda dava-dalaş” filmində rol alıb. “Brüs Li haqqında əfsanə” adlı bioqrafik serialına da dəvət edib. 2015-ci ildə “İp Man 3” filmində yenidən Brüs Li rolunda çıxış edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/danny_chan/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç