Vanness Vu

Vanness Vu

Aktyor, prodüser

BİOQRAFİYA

Vanness Vu – tayvanlı aktyor, müğənni, rejissor, prodüser, “F4” qrupunun keçmiş üzvüdür. 7 avqust 1978-ci ildə Los-Anceles şəhərində anadan olub. Atası ona yaşadıqları küçənin adını qoyub. Aktyorun özündən böyük qardaşı və iki bacısı var. Məktəbi bitirdikdən sonra bir müddət telefon şirkətində işləyib, paralel olaraq aktyorluq sənəti kurslarına gedib və xarici dilləri öyrənib. O, çin dilindən başqa sərbəst şəkildə yapon, koreya, ispan və ingilis dillərində danışa billir. 18 yaşında olanda Tayvana köçüb. 2001-ci ildə Vanness Vu teleekranlarda debüt edib və “Meteor Garden” adlı hit tayvan dramında Mey Tzo roluna çəkilib. Həmin serial ona böyük populyarlıq qazandırıb. Çəkilişlər başa çatdıqdan sonra serialın aparıcı aktyorlarından ibarət “F4” adlı qrup yaradılıb. Ancaq yapon remeykinin ekranlara çıxmasından sonra müəllif hüquqlarının pozulmasına görə “F4”-ü “JVKV”-ə dəyişməli olublar. Abreviatura baş aktyorların adlarının ilk hərfini ifadə edir. Növbəti illərdə Vanness paralel olaraq həm aktyor, həm də müğənni karyerasını uğurla davam etdirib. 2009-cu ildə “Növbəti dayanacaq – xoşbəxtlik” adlı dramda baş rollardan birini canlandırıb. Bu film indiyə kimi Tayvanın ən populyar dramlarından hesab olunur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://doramatv.live/list/person/vanness_wu?sortType=updated

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç