Can Gürzap - türkiyəli kino, teatr və televiziya aktyorudur. 26 may 1944-cü ildə İstanbulda anadan olub. 1962-ci ildə Kadıköy Maarif Kollecini bitirdikdən sonra Ankara Dövlət Konservatoriyasının teatr bölməsini bitirib. Həmçinin Londonun Mərkəzi Nitq və Dram Məktəbində teatr təhsili alıb. Karyerasına Ankara Dövlət Teatrının rejissor və aktyoru kimi başlayıb. 1971-2008-ci illərdə rejissor Arsen Gürzapla evli olub. Daha çox "Medcezir" (2013-2015), "Sırça kümes" (1977), "Bİr avuç deniz" (2011), "Kurtlar Vadisi Pusu" (2007-2012) filmləri və seriallarında oynadığı rolları ilə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0351655/