Vahide Perçin
Aktrisa
Vahide Perçin - türkiyəli teatr və kino aktrisasıdır. 13 iyun 1965-ci ildə Türkiyənin İzmir şəhərində anadan olub. Valideynləri XX əsrin əvvəllərində Türkiyəyə mühacirət etmiş yunanlardır. Orta məktəbi bitirdikdən sonra təsviri incəsənət fakültəsinə daxil olub. Teatr üzrə ali təhsil alıb. İlk əvvəl yerli teatrlarda çıxışlar edib. 2003-cü ildə İstanbula köçüb və çox keçmədən “İstanbul masalı” serialında rol qazanıb. Vahidə P. daha çox “Adını Feriha koydum” serialında Ferihanın anası Zəhra rolu ilə tanınıb. 2013-cü ildə “Mühteşem Yüz Yıl ” serialına çəkilməyə başlayıb, hamiləliklə əlaqədar çəkiliş meydanındam uzaqlaşan Məryəm Uzerlini əvəzləyib. 2016-cı ildə Yaponiyanın “Ana” serilaının türk remeykində baş rolu oynayıb. 1991-ci ildə Vahide P. aktyor Altan Gördümə ərə gedib. Onlar birlikdə İzmir şəhər teatrında işləyiblər. İstanbulda köçdükdən sonra əri də ekranlarda məşhurlaşmağa başlayıb. 1994-cü ildə cütlüyün Alize adlı qızları dünyaya gəlib, o da aktrisadır. 2013-cü ildə cütlük boşanıb, Vahide isə özünə qızlıq soyadını götürüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Vahide_Per%C3%A7in