Ozan Açıktan

Ozan Açıktan

Rejissor

BİOQRAFİYA

Ozan Açıktan – türkiyəli rejissordur. 1978-ci ildə Eskişehirdə (Türkiyə) anadan olub. 2000-ci ildə Ankara universitetinin kommunikasiya, radio, televiziya və kino fakültəsini bitirib. Tələbə olduğu illərdə qısametrajlı filmlər çəkib və bəzi lentləri beynəlxalq mükafatlara layiq görülüb. 2002-2004-cü illərdə Polşa Milli Kinematoqrafiya Məktəbində operatorluq fakültəsində təhsil alıb. 2006-cı ildə Türkiyəyə qayıdıb və film və serialların çəkilişi ilə məşğul olmağa başlayıb. Daha çox “Annemin yarası” (2016), “Diapazon” (2014), “Aile arasında “(2017), “Sen kimsin?” (2012) filmləri üzərində gördüyü işə görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm1560896/?ref_=nmbio_bio_nm

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç