Metin Akdülger

Metin Akdülger

Aktyor

BİOQRAFİYA

Metin Akdülgər  - türkiyəli kino, teatr və televiziya aktyorudur. 10 aprel 1988-ci ildə Bursada Salonikidən olan yunan mühacirlərin ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Koç Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Universitetdə oxuduğu vaxt futbolla məşğul olub, ancaq tədricən incəsənətə meyl salıb və tələbə tamaşalarında iştirak etməyə başlayıb. Daha sonra peşəkar teatr kurslarına gedib. Aktyor cəmi dörd teatr tamaşasında iştirak etsə də, ekranlarda kifayət qədər nüfuz qazanıb. 2016-cı ildən Türkiyənin ən populyar seriallarından sayılan “Mühteşem Yüz Yıl. Kösem imperiyası”da Sultan IV Muradı oynayıb. Metin Akdülger asudə vaxtlarında boksla, dağ xizəkçiliyi, üzgüçülüklə məşğul olur. İngilis dilində sərbəst danışır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Metin_Akd%C3%BClger

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç