Nərgiz Kumbasar

Nərgiz Kumbasar

Aktrisa

BİOQRAFİYA

Nərgiz Kumbasar – türkiyəli aktrisadır. 25 may 1963-cü ildə Ankarada ziyalı ailədə anadan olub. Atası tanınmış kardioloq olub. Ailənin böyük övladıdır. Deniz adlı qardaşı var. Qardaşı atasının tutduğu yolu gedib və Ankara universitetində tibb üzrə dərs deyir. Valideynləri boşandıqdan sonra Nərgizi və qardaşını anası təkbaşına böyüdüb. Atası sonradan yenidən evlənərək, Amerikaya işləməyə gedib. Nərgizin atadan bir olan qardaşı var. Qardaşı o, kollecdə oxuduğu ərəfədə doğulub. Nərgiz yeniyetmə yaşlarından gözəlliyi və incə bədən quruluşu ilə həmyaşıdlarından seçilib. Ona görə universitetdə oxuduğu vaxt xərclərini ödəmək üçün model agentliyinə işə düzəlib. 17 yaşında ölkənin telekanallarından birində proqram aparıcısı olub. 23 yaşında kinoda debüt edib. Aktyorluq karyerası “Dokuzuncu Hariciye Koğuşu” serialından başlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://turkiapro.ru/nergis-kumbasar/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç