Can Arca - türkiyəli rejissor, ssenarist və operatordur. 1968-ci ildə İstanbulda doğulub. Orta ve litsey təhsilini Qalatasaray Litseyində tamamlayıb. Akdeniz Universitetinin inşaat mühəndisliyi fakültəsinin məzunudur. Bir ara inşaat mühəndisliyi ilə məşğul olsa da, 1996-cı ildə “Ares Media” ve “Ares Dublaj Stüdyosu”nu qurur. Həmin dövrdə özəl bir televiya üçün “Elif’in Günlüğü” adlı serial çəkir. “Küçük Şef” adlı televiziya proqramının aparıcılığını edir. 2010-cu ildə “Ares Media”dan ayrılır və “Arca Medya”nı qurur. 2011-ci ildə baş rolunu Klaudia Kardinalenin oynadığı “Signora Enrica ile İtalyan Olmak” adlı filmdə yenə prodüser kimi iştirak edir. 2013-cü ildə “Neva” adlı bədii filmə rejissorluq edir. Eyni zamanda filmin prodüserliyini edir və ssenarisini də yazır. Çox heyvansevər bir insandır. Ona görə də 2016-cı ildə veterinarlıq təhsili alır. Sahibi olduğu “Kirli Pati” dükanında heyvanların bəslənməsi və sahibləndirilməsi fəaliyyəti ilə də məşğuldur.
Daha çox "Neva" (2013), "Sinyora Enrica ile İtalyan olmak" (2010) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına əsasən, 2013-cü ildə "Neva" dramının rejissoru və ssenaristi olub. 2010-cu ildə "Sinyora Enrica ile İtalya Olmak" (2010) filminə prodüserlik edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm3836393/