İvan Jidkov

İvan Jidkov

Aktyor

BİOQRAFİYA

İvan Alekseyeviç Jidkov – rusiyalı teatr və kino aktyoru, teleaparıcıdır. İvan Jidkov 28 avqust 1983-cü ildə Sverdlovksda (indiki Yekaterinburq) şəhərində anadan olub. 2004-cü ildə Moskva Bədii Teatr Akademiyasının studiya məktəbini bitirib (Yevgeni Kamenkoviçin kursu). 2004-2007-ci illərdə Oleq Tabakovun rəhbərliyi altında Moskva teatr-studiyasında çalışıb. Debüt rolunu Moskva Teatrında qoyulan “Sonuncular” adlı tamaşada oynayıb. Şəxsi həyatına gəlincə, 2005-2007-ci illərdə aktrisa Yekaterina Semyonova ilə vətəndaş nikahında olub. 2008-ci ildə aktrisa Tatyana Arntqolsla evlənib. 2013-cü ilin yay ayında cütlük boşanıb. 2016-cı ildən model Liliya Solovyova ilə görüşüb. 2018-ci ilin iyun ayında Liliya öz İnstaqram səhifəsində aktyordan ayrıldığını elan edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%96%D0%B8%D0%B4%D0%BA%D0%BE%D0%B2,_%D0%98%D0%B2%D0%B0%D0%BD_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç