Hakkı Kıvanç Türkiyənin "Yeşilçam" kinostudiyasının məşhur aktyorlarından biridir. 18 iyul 1931-ci ildə Türkiyənin Adana şəhərində anadan olub. 1955-ci ildə "Qızımla bərabər ağladıq" filmində epizodik rolla kino həyatına başlayb. "Yeşilçam" filmlərinin ən populyar köməkçi aktyorlarından biri olub; Ayxan İşıq, Yılmaz Güney, Cüneyt Arkın, Kamal Sunal kimi şedevr aktyorlarla eyni filmlərdə çəkilib. 1980-ci ildən sonra kinodan əlavə, seriallarda da rol alıb. Ömrü boyu 500-dən çox filmdə rol almış aktyorun son çəkildiyi seriallar "Arka sokaklar" və "Kalb gözü"dür. Hakkı Kıvanç 30 yanvar 2015-ci ildə İstanbulda mədə xərçəngindən vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Hakk%C4%B1_K%C4%B1van%C3%A7