Andrey Fedortsov

Andrey Fedortsov

Aktyor

BİOQRAFİYA

Andrey Albertoviç Fedortsov – rusiyalı teatr və kino aktyorudur. 2008-ci ildən NTV (rus) telekanalında yayımlanan “Qlavnaya doroqa” verlişinin aparıcılarından biridir. Andrey 13 avqust 1968-ci ildə Leninqrad şəhərində (indiki Sankt Peterburq) anadan olub. 1983-cü ildə 79-nömrəli məktəbin 8-ci sinfini bitirib. 1986-cı ildə indiki D.N.Senyavin adına Dəniz Texniki kollecindən məzun olub. Orduda dəmiryolçu qüvvələrdə xidmət edib. Bir müddət rok-klubda inzibatçı olub, poetik jurnal dərc edib. 1990-1992-ci ildə Fermer məktəbində oxuyub. 1993-cü ildən “Lenfilm” kinostudiyasının aktyorudur. Populyarlığı “Dağıdıcı qüvvə” ( Убойная сила) serialında oynadığı rolla qazanıb. 1996-cı ildə Sankt Peterburq Teatr Akademiyasını bitirib. 2010-cu ildən A.İ.Raykin adına Estrada Teatrının aktyorudur. "Qardaş" filmində oynadığı "Stepan" radiosunun fağır rejissoru roluna görə "Sozvezdie" kinofestivalının (1997) "Ən yaxşı epizodik kişi rolu" mükafatını qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B5%D0%B4%D0%BE%D1%80%D1%86%D0%BE%D0%B2,_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B9_%D0%90%D0%BB%D1%8C%D0%B1%D0%B5%D1%80%D1%82%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç