Nikita Arqunov

Nikita Arqunov

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Nikita Arqunov – rusiyalı biznesmen, ssenarist, prodüser və rejissordur. Nikita Arqunov karyerasına şou-biznesdə kompüter qrafikası üzrə mütəxəssis kimi başlayıb. 2013-cü ildə "ARGUNOV studio" adlı xüsusi və vizual effektlərin tərtibatı ilə məşğul olan qrafika studiyasını yaradıb. Bir sıra Rusiya film və serialının vizual effektlərinə tərtibat verib. 2000-ci ilin sonlarında qısametrajlı filmlər və kliplər çəkməyə başlayıb. Bir müddət Maltada işləyib-yaşasa da, sonradan vətəninə qayıdıb. 2010-cu ildə Arqunov İlya Kazankovun “Həddi-buluğa çatmış uşaqların oyunları” bədii filminə ssenari yazıb. 2016-cı ildə “Mafiya: Sağ qalma oyunu” fantastik filminin yaradıcı prodüseri olub. 2018-ci ildə rejissor qismində debüt edib. “Koma” adlı fantastik döyüş filmini çəkib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/nikita_argunov/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç