Rinal Muhametov
Aktyor
Rinal Albertoviç Muhametov - rusiyalı teatr və kino aktyoru, ssenaristdir. 21 avqust 1989-cu ildə Tatarıstanda anadan olub. Daha çox Fyodor Bondarçukun “Cazibə” və “İstila” filmlərində oynadığı rolları ilə tanınır. Kazan teatr peşə məkətbinin estrada-sirk bölməsini bitirib. 2012-ci ildə MBTA studiya-məktəbinin məzunu olub. 2012-ci ildən “Qoqol-sentr” teatrının aktyorudur. 2012-ci ilin payızında Rinal Muhametov dostlarını toya dəvət edir. O, aktrisa Karolina Yeruzalimskaya ilə evlənir. Onlar bu nikahda iki il yaşayıblar. İkinci dəfə aktrisa Syuzanna Akjeyeva ilə evlənib. Cütlüyün bir qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%83%D1%85%D0%B0%D0%BC%D0%B5%D1%82%D0%BE%D0%B2,_%D0%A0%D0%B8%D0%BD%D0%B0%D0%BB%D1%8C_%D0%90%D0%BB%D1%8C%D0%B1%D0%B5%D1%80%D1%82%D0%BE%D0%B2%D0%B8%D1%87