Loren Lepkus

Loren Lepkus

Aktrisa

BİOQRAFİYA

Loren Lepkus – amerikalı  aktrisa və komikdir. Lepkus 6 sentyabr 1985-ci ildə İllinoys ştatının (ABŞ) Evanston şəhərində anadan olub. 2008-ci ildə De Pol universitetini bitirib. Elə həmin ildən yerli teatr səhnələrində çıxış etməyə başlayıb. Bir müddətdən sonra Çikaqo teatr improvizasiya truppasına qoşulub. Los-Ancelesə köçəndən sonra NBC-nin qısaömürlü “Hardasan, Çelsi” sitkomunda rol alıb. Həmçinin “Bundan da betər olur”, “Klivlend gözəlçələri” və “Yalan yuvası” kimi seriallarda qonaq rollara çəkilib. 2013-cü ildə Lepkus NBC-də “Co, Co və Ceyn” adlı serialın uğursuz pilotuna (pilot epizoduna) çəkilib və sonradan “Narıncı- mövsümün əsas rəngi” serialında ikinci plan rol oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8D%D0%BF%D0%BA%D1%83%D1%81,_%D0%9B%D0%BE%D1%80%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç