Devid Speyd

Devid Speyd

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Devid Ueyn Speyd – amerikalı aktyor, komik, ssenarist və teleaparıcıdır. “Emmi” və “Qızıl qlobus” mükafatı nominantı olub. Devid Ueyn Speyd 22 iyun 1964-cü ildə ABŞ-ın Miçiqan ştatının Birmingem şəhərində anadan olub. Anası  - Cudit Speyd yazıçı və jurnal redaktoru, atası Sem Speyd satış nümayəndəsi olub. Devid Skottdeyl kollecini bitirib. Ardınca təhsilini Arizona universitetində davam etdirib. 1987-ci ildə “Polis akademiyası 4: Mülki patrul”  filmində debüt edib. 1997-2003-cü illərdə “Moda jurnalı” serialına çəkilib. 2007-2013-cü illərdə “Birgə yaşayışın qaydaları” adlı serialın aktyor heyətində yer alıb. Speydin Cillian Qreys adlı fotomodellə münasibətlərindən 2008-ci il təvəllüdlü Harper adında qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BF%D0%B5%D0%B9%D0%B4,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç