Yeqor Baranov

Yeqor Baranov

Rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Yeqor Baranov rusiyalı kinorejissor, ssenarist və prodüserdir. Ən yaxşı telefilm nominasiyasında “Qızıl qartal” (2019) mükafatı laureatı olub. Yeqor Baranov 3 dekabr 1988-ci ildə Yekaterinburq şəhərində anadan olub. 2006-cı ildə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin rejissorluq fakültəsinə daxil olub. 2011-ci ildə bu li təhsil məktəbini qırmızı diplomla bitirib. 2012-ci ildə “İntiharçılar” filmi ilə rejissor debütünü gerçəkləşdirib. Ekran əsərinə Yevgeni Stıçkin, Aleskey Vorobyov və Oksana Akinşina kimi tanınmış aktyorlar baş rollara çəkiliblər. 2012-ci ildə “Quldur-bülbül” («Соловей-разбойник») adlı eksentrik komediyası ilə Vıborq kinofestivalında tamaşaçıların simpatiyası mükafatına layiq görülüb. 2015-ci ildə onun “Çəyirtkə” adlı trilleri Rusiyada böyük ekranlara çıxıb. Baş rollara Paulina Andreyeva və Pyotr Fyodorov şəkilib. 2015-ci ildə Aleksandr Sekalo və Aleksandr Kottun  prodüserliyi ilə “Farsa” adlı filmi çıxıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%80%D0%B0%D0%BD%D0%BE%D0%B2,_%D0%95%D0%B3%D0%BE%D1%80_%D0%93%D0%B5%D0%BD%D0%BD%D0%B0%D0%B4%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç