Aleksey Vorobyov

Aleksey Vorobyov

Aktyor, bəstəkar, rejissor, ssenarist

BİOQRAFİYA

Aleksey Vladimiroviç Vorobyov – rusiyalı aktyor, bəstəkar, rejissor və ssenaristdir. 19 yanvar 1988-ci ildə Tula şəhərində anadan olub. Musiqi məktəbində akkardeon sinfini bitirib və dərhal “Uslada” ansamblının heyətinə götürülüb. 2006-cı ildə aktiv solo karyerasına qədəm qoyub. 2006-cı ilin payızından MTV kanalının simasıdır. Həmin il MTV –nin “Alisanın arzuları” adlı interaktiv serialında baş rollardan birinə çəkilib. 2006-cı ildən kinoya çəkilir. Qnesin adına musiqi məktəbinin vokal şöbəsini bitirib. 2008-ci ildə isə Estrada-caz incəsənət kollecini bitirib. Moskva Bədii Teatr Akademiyası studiya məktəbində Kiril Serebrennikovun eksperimental kursunda bir il oxuyub. 2007-ci ilin dekabr ayında Nyu-Yorkda BMT–nin Ümumdünya Gənclər İttifaqının toplantısında Rusiya üzrə xoşməramlı səfir seçilib. Rusiyada QİÇS-lə mübarizə üzrə proqramları koordinasiya edib. 2011-ci ildə Rusiyanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edib. Müsabiqədə “Alex Sparrow” (yəni “Sərçə”) səhnə adı ilə çıxış edib, 16-cı yer tutub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.kino-teatr.ru/kino/acter/m/ros/25995/bio/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç