Konstantin Lavronenko
Aktyor
Konstantin Lavronenko – rusiyalı aktyordur. 20 aprel 1961-ci ildə Rostov-Don (Rusiya) şəhərində anadan olub. Uşaq yaşlarından aktyor olmağı arzulayıb, Arkadi Raykini təqlid etməyə çalışıb. 14 yaşından böyük bacısı ilə dram dərnəyində iştirak edib. Aktyorluq sənəti üzrə ilk dərslərini özfəaliyyət teatrının rəhbəri Qalina İvanovna Jiqunovadan alıb. 1978-1979-cu illərdə Rostov-Don incəsənət peşə məktəbinin teatr bölməsində oxuyub. 1979-1981-ci illərdə orduda xidmət edib. Əsgərlikdən sonra Moskva Bədii Teatr Akamediyasının studiya-məktəbinə daxil olub. Oranı 1985-ci ildə bitirib. “Satirikon”, “Lenkom”, “Klim emalatxanası” kimi teatrlarda çalışıb. 1987-ci ildən aktrisa Lidiya Petrakova ilə evlidir. 1990-cı il təvəllüdlü Kseniya adlı qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D0%B2%D1%80%D0%BE%D0%BD%D0%B5%D0%BD%D0%BA%D0%BE,_%D0%9A%D0%BE%D0%BD%D1%81%D1%82%D0%B0%D0%BD%D1%82%D0%B8%D0%BD_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%B8%D1%87