Mixail Poreçenkov

Mixail Poreçenkov

Aktyor

BİOQRAFİYA

Mixail Yevqenyeviç Poreçenkov – rusiyalı teatr və kino aktyoru, rejissor, ssenarist, prodüser, teleaparıcıdır. 2 mart 1969-cu ildə Leninqrad şəhərində (indiki Sankt-Peterburq, Rusiya) anadan olub. Beş yaşına qədər nənəsi ilə Pskov vilayətində yaşayıb. Valideynləri ilə Varşavaya (Polşa) köçdükdən sonra 1970-1986-ci illərdə yerli internat-məktəbdə oxuyub. 1991-ci ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna daxil olub. 1996-cı ildə qeyd olunan ali təhsil ocağını bitirib. Məzun olduqdan sonra “Na Krükovom kanale” teatrında çalışıb. Ardınca "Lensovet" adına Akademik Teatrın truppasına qoşulub. “Sirano: Rostandan səhnələr” tamaşasında Sirano rolunu ifa edib. A.P.Çexov adına Moskva Bədaye Teatrının səhnəsində 2002-ci ildə “Ördək ovu” tamaşasında ofisiant rolunda debüt edib. 2003-cü ildə Bədaye Teatrının truppasına qoşulub. 2015-ci ildən Rusiya Federasiyası İstintaq komitəsinin Baş İstintaq İdarəsinin ictimai şurasının üzvüdür. 2019-cu ildə Rusiya Federasiyasının xalq artisti adını alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D1%80%D0%B5%D1%87%D0%B5%D0%BD%D0%BA%D0%BE%D0%B2,_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B8%D0%BB_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç