Sergey Ursulyak
Rejissor
Sergey Vladimiroviç Ursulyak – rusiyalı kinorejissor, ssenarist, prodüserdir. 10 iyun 1958-ci ildə Petropavlovsk-Kamçatkski şəhərində ikinci dərəcəli hərbi kapitanın ailəsində (Vladimir Ursulyak, 1931-1996) dünyaya göz açıb. Atası Sevastopol Ali Hərbi-Dəniz Məktəbinin məzunu olub. Əslən ukraynalıdır. Nənəsi İkinci Dünya müharibəsi dövründə yəhudi gettosunda saxlanılıb. Uşaqlığı Maqadan şəhərində keçib. 1979-cu ildə B.V.Şukin adına Teatr məktəbinin aktyorluq bölməsini bitirib. 1991-ci ilə qədər “Satirikon” teatrının aktyoru olub. 1993-cü ildə ssenarist və rejissorluq kurslarını bitirib. 1995-2001-ci illərdə “Mən və mənim itim” doq-şousunun rejissoru olub. 1999-2000-ci illərdə Yevgeni Kiselyovla birlikdə “Ən yeni tarix” adlı sənədli filmlər silsiləsinin yaradılması üzərində çalışıb. 2002-2005-ci illərdə “Pyostraya Lenta” sənədli proqramının müəllifi və aparıcısı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: