Raceş Khanna
Aktyor
Raceş Khanna 29 dekabr 1942-ci ildə Burevala şəhərində (indiki Pakistanda yerləşir) anadan olub. Bioloji valideynləri Lala Hiranand və Çandrani Khanna idi. O, bioloji valideynlərinin qohumları Chunnilal Khanna və həyat yoldaşı Lilavati tərəfindən 1935-ci ildə Lahordan Bombeyə köçən dəmiryolu podratçı ailəsindən övladlığa götürülüb Bombeydə Khanna, sonradan Bollivudda Jitendra adı ilə tanınan dostu Ravi Kapur ilə Müqəddəs Sebastian Raceş Liseyində oxuyub. Raceş məktəb illərindən səhnədə oynamağa başlayıb. Azərbaycan tamaşaçısına “Fillər mənim dostumdur” filmindən tanışdır. Raceş Khanna 1973-cü ildə “Bobbi” filmindən məşhurlaşan 16 yaşlı Dimpl Kapadiya ilə evlənir. Cütlüyün iki qızı doğulur. Hər ikisi aktrisadır. Lakin bu izdivac 1984-cü ildə dağılır. Raceş Khanna 18 iyul 2012-ci ildə xərçəng xəstəliyindən vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%85%D0%B0%D0%BD%D0%BD%D0%B0,_%D0%A0%D0%B0%D0%B4%D0%B6%D0%B5%D1%88