Luiz Bivers

Luiz Bivers

Aktrisa

BİOQRAFİYA

Luiz Bivers 8 mart 1902-ci ildə məktəb müəlliminin ailəsində Sinsinnati ştatında (ABŞ) anadan olub. Anasının xəstəliyi ilə əlaqədar ailəsi bir müddətdən sonra Kaliforniyanın Pasadina şəhərinə köçməli olub. Gəncliyində aktrisa basketbolla maraqlanıb, hətta bir müddət kilsə xorunda oxuyub. Məktəbi bitirdikdən sonra o illərin tanınmış aktrisası Leatris Coyun qulluqçusu vəzifəsinə işə düzəlib. Asudə vaxtlarında həvəskar teatr tamaşalarında iştirak edib. Tamaşaların birində kinostudiyadan gəlmiş agentin diqqətini çəkib. Sonuncu ona böyük ekranlarda özünü sınamağı tövsiyə edib. Əvvəl o, bu variantı heç yaxın buraxmayıb, belə ki, Hollivudun qaradərililərin bir vəhşi stereotipini formalaşdırdığını düşünüb. Ancaq 1927-ci ildə “Tom əminin daxması” adlı filmin kastinqində iştirak edib və beləcə, ilk rolunu qazanıb. Aktrisaya populyarlığı Meri Pikfordun baş rola çəkildiyi “Nazlı qız” komediyası gətirib. Luiz Bivers 26 oktyabr 1962-ci ildə vəfat edib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B8%D0%B2%D0%B5%D1%80%D1%81,_%D0%9B%D1%83%D0%B8%D0%B7

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç