Nil Hemilton

Nil Hemilton

Aktyor

BİOQRAFİYA

Nil Hemilton 9 sentyabr 1899-cu ildə Massaçusets ştatının (ABŞ) Lin şəhərində anadan olub. Karyerasına model kimi başlayıb: köynək reklamı üçün poz verib. 1918-ci ildə səssiz kinoda ilk rolunu oynayıb. Növbəti filminə çəkilənə qədər arada 5 il vaxt ötüb. 1920-ci illərdə “Paramount” studiyası ilə müqavilə bağlayıb və qısa müddətə studiyanın ən populyar aktyorlarından birinə çevrilib. Karyerası ərzində 200-dən çox film və serialda rol alıb. Ən əlamətdar işləri sırasında “Bədheybətlər ailəsi”, “Baş hospital”, “Tarzan: Meymun adam”, “Tarzan və onun rəfiqəsi” filmlərini misal çəkmək olar. Ən məşhur rolu isə “Betmen”də oynadığı polis komissarı Qordon roludur. Nil Hemilton 24 sentyabr 1984-cü ildə 85 yaşında kəskin astmadan dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/neil_hamilton/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç