Konstans Bennett

Konstans Bennett

Aktrisa

BİOQRAFİYA

Konstans Kempbell Bennett (22 oktyabr 1904 – 24 iyul 1965) – amerikalı aktrisa və prodüserdir. Konstans Bennett Nyu-Yorkda aktrisa Edrienn Morrison və aktyor Riçard Bennetin ailəsində anadan olub. Ailədə ondan başqa iki qız da olub: Barbara və Coan. Onlar da Konstans kimi aktrisa olublar. Gənc yaşlarında monastıra gedib rahibə olmaq barədə düşünsə də, sonda incəsənətə olan marağı onu bu fikirdən daşındırıb və valideynlərinin yolu ilə gedib. Kinodebütü 1916-cı ilə təsadüf edir. Növbəti bir neçə il ərzində müxtləlif filmlərə çəkilsə də, 1925-ci ildə ərə gedəndən sonra kinematoqrafiyadan uzaqlaşıb. Boşanandan sonra 1929-cu ildə ekranlara qayıdıb və artıq səsli filmlərə çəkilməyə başlayıb. Konstans Bennett qısa müddət ərzində ekranlarda böyük uğurlar qazanıb. Daha çox “Hollivud neçəyədir?” (1932), “Ən sadə üsul” (1931) filmlərində oynadığı rolları ilə yaddaşlarda qalıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%BD%D0%BD%D0%B5%D1%82%D1%82,_%D0%9A%D0%BE%D0%BD%D1%81%D1%82%D0%B0%D0%BD%D1%81

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç