Erkan Oğur

Erkan Oğur

Bəstəkar

BİOQRAFİYA

Erkan Oğur – türkiyəli bəstəkar və gitaraçıdır. 17 aprel 1954-cü ildə Ankara şəhərində anadan olub. Uşaqlığı Elizağda keçib. Orada skripka və sazda ifanı öyrənib. Orta təhsili başa vurduqdan sorna Ankara Universitetinə daxil olub. 1970-1973-cü illərdə fizikanı öyrənib. 1974-1976-cı illərdə Almaniyada oxuyub. Musiqiçi olmaq üçün elmi karyerasını yarımçıq qoyub. 1976-cı ildə ilk dilsiz qitarasını hazırlayıb. 1980-ci ildə Türkiyəyə qayıdıb və Dövlət Konservatoriyasında (İstanbul Texniki Universiteti nəzdində) ali təhsil almağa başlayıb. Bir müddət udda ifa üzrə dərs deyib. Fikret Kızılkol və Bülent Ortaçgilemlə sıx əməkdaşlıq edib. “Arayışlar” adlı ilk albomu Almaniyada işıq üzü görüb. 1989-cu ildə ABŞ-a səyahət edib, müxtəlif blüz ifaçıları ilə əməkdaşlıq edib. Onun “Bir ömürlürk misafir” adlı albomu Avropa çartlarında həmin il dördüncü pillədə olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%B3%D1%83%D1%80,_%D0%AD%D1%80%D0%BA%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç