Yutta Rüdiger - alman psixoloq, Üçüncü Reyxin Alman Qızlar İttifaqının imperiya referenti olub (1937-1945-ci illərdə). 14 iyun 1910-cu ildə Berlində anadan olub. 13 mart 2001-ci ildə Bad-Rayxenxal şəhərində vəfat edib. 1945-ci ildə ABŞ hərbi qüvvələri tərəfindən həbs olunub, iki il yarım həbsdə cəza çəkib. Ancaq sonradan ona qarşı hər hansı ittiham irəli sürülmədiyindən sərbəst buraxılıb. Azadlığa çıxdıqdan sonra Düsseldorfda psixoloq vəzifəsinə işə düzəlib. Maykl Kater öz "Hitlerin cavanlığı" adlı kitabında onun sonadək "yolundan dönməyən nasists" qaldığını iddia edib. 2000-ci ildə Rüdiger "Junge Freiheit" qəzetinə öz həyatı haqda müsahibə verib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D1%8E%D0%B4%D0%B8%D0%B3%D0%B5%D1%80,_%D0%AE%D1%82%D1%82%D0%B0