İrina Pantayeva

İrina Pantayeva

Aktrisa

BİOQRAFİYA

İrina Vladlenovna Pantayeva – model və aktrisadır. İrina Vladelevna Pantayeva 31 oktyabr 1967-ci ildə Ulan Ude (Buryatiya) şəhərində anadan olub. Buryat bəstəkarı Vladlen Pantayevin qızıdır. Anası Tatyana Buryat dram teatrında kostyumer işləyib, babası şaman olub. İrina 1988-ci ildən Ulan Udedə model kimi fəaliyyət göstərib (modelyer Larisa Daqdanova ilə əməkdaşlıq edib). 1989-cu ildə İrina Buryatiyanın “Miss Ulan Ude” gözəllik müsabiqəsinin qalibi olub. 1992-ci ildə Pantayeva Parisə köçüb. Fransada faktiki olaraq dili bilməsə də, Karl Laqerfeldlə görüşə nail olub və nəticədə fotomodel kimi işə götürülüb. 1994-cü ildə Nyu-Yorka köçüb, orada model kimi fəaliyyəti davam etdirib, ara-sıra bədii filmlərə çəkilib. “Mortal Kombat” məşhur videooyunun ekran adaptasiyasının ikinci hissəsində Ceyd personajını canlandırıb. Vudi Allenin “Məşhur adam” filmində epizodik rol oynayıb. 1989-cu ildə Ruslan adlı oğlu dünyaya gəlib. 1994-cü ildə latviyalı fotoqraf Roland Levinə ərə gedib, onadan Solonqo adlı oğlu var. 2008-ci ildə İrina və Roland yollarını ayırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D0%BD%D1%82%D0%B0%D0%B5%D0%B2%D0%B0,_%D0%98%D1%80%D0%B8%D0%BD%D0%B0_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%BB%D0%B5%D0%BD%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç