Behiç Buğra Gülsoy (
22 fevral 1982,
Ankara) — Türkiyə aktyorudur. 22 fevral 1982-ci ildə anadan olub. Təhsilini Ankarada tamamlayıb. 13 yaşında ilk səhnə təcrübəsini yaşayıb. Şərqi Aralıq Universitetinin memarlıq sahəsindən 2004-ci ildə məzun olan Buğra Gülsoy, Kiprdə olduğu müddətdə Kipr Dövlət Teatrında müxtəlif tamaşalarda rol almış, həmdə film rejissorluğu və aktyorluq da edib. Kipr Film Dərnəyinin qurucularından biri olan Gülsoy, eyni zamanda Beynəlxalq Kipr Qısa Fim Festivalının layihə dizaynçısı və direktorudur. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Layihəsi çərçivəsində təşkil edilən bir yarışmada filmçilik haqqında təhsil alıb. İlk dəfə 2008-ci ildə Kanal D ekranlarında yayımlanan Hamımız Birimiz Üçün adlı dizi filmin baş rol ifaçısı olaraq Nazim obrazı ilə Türk tamaşaçılarının qarşısına çıxan aktyor, "Hamımız Birimiz Üçün"dən sonra rejissorluğunu Mahsun Qırmızıgülün etdiyi "Günəşi Gördüm" filmində Bərat obrazı ilə kinoteartlara addımını atdı. "Günəşi Gördüm"ün
ardından Atv-də yayımlanan "Unudulmaz" adlı serialda
Tolqa obrazını canlandırdı. Rejissoru Dərviş Zaim olan və 2011-ci ildə nümayişə girmiş olan
Kölgələr və Surətlər (türk.
Gölgeler ve Suretler) adlı filmdə
Əhməd adlı bir Türk gəncini canlandırıb. Kanal D-də yayımlanan Fatmagülün Günahı Nədir? (türk.
Fatmagül'ün Suçu Ne?) serialında bir sezon ərzində Vural obrazını canlandırıb. Yenə Kanal D-də yayımlanan, Şimal Cənub (türk.
Kuzey Güney) adlı serialda Kıvanç Tatlıtuğ ilə baş rolları bölüşmüş və bu serialda
Günəy Təkinoğlu obrazını canlandırıb. Ardından TRT 1-də yayımlanan
Köhnə Hekayə (türk.
Eski Hikaye) serialında baş rolu,
Mətə obrazını canlandırıb. FOX Tv-də yayımlanan
Eşq Yenidən (türk.
Aşk Yeniden) adlı serialda
Fateh Şəkərcizadə rolunu canlandırıb və Özgə Özpirinçci ilə baş rolu bölüşüb. Ankarada anadan olan aktyor İstanbulda yaşayır. Teatr həyatına dostları Sərhat Teoman, Fateh Sönməz və Əmrə Ərkan ilə birlikdə qurduğu
Teatr Qutu (türk.
Tiyatro Kutu) ilə davam edib.
Teatr Qutu-nun bağlanmasının ardından Sərhat Teoman və Əmrə Ərkan ilə birlikdə qurduqları,
GET Yapım ilə kino və teatr işlərinə davam edir. Özü kimi serial və film aktyoru olan Burcu Qara ilə 2011-ci ilin yay fəslində evlənib, 2012-ci ilin avqust ayının 2-də boşanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Bu%C4%9Fra_G%C3%BClsoy