Halit Refiğ
Rejissor, ssenarist, prodüser
Halit Refiğ – türkiyəli rejissor, prodüser, ssenarist və yazıçıdır. 60-dan çox bədii film, sənədli film və serialın yaradılmasında və çəkilişində iştirak edib. Türkiyə teleseriallarının pioner rejissorlarından sayılır. 5 mart 1934-cü ildə İzmir şəhərində anadan olub. 1951-ci ildə məktəbi bitirib. Daha sonra Robert Kollecdə oxuyub. İlk filmlərini 8 millimetrlik kamera ilə çəkməyə başlayıb. 1956-cı ildən qəzetlərdə və “Sinema dergisi” jurnalında kinolar haqqında resenziyalar, rəylər və məqalələr yazıb. 1957-ci ildə rejissor Atıf Yılmazın köməkçisi olub. Memduh Ün və Atif Yılmazın filmlərinə ssenarilər yazıb. Refiğ rejissor kimi debütünü “Yasak aşk” filminin çəkilişlərində edib. 1963-cü ildə Refiğin “Şəhərdəki qərib” adlı filmi Moskva Beynəlxalq Kinofestivalında nümayiş olunub. 1975-ci ildə çəkdiyi “Yasak aşk” serialı Türkiyə dövlət televiziyasında yayımlanıb. Bu teledram türkiyə kanallarında yayımlanmış ilk mini seriallardan sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B5%D1%84%D0%B8%D0%B3,_%D0%A5%D0%B0%D0%BB%D0%B8%D1%82