Alqı Eke
Aktrisa, ssenarist
Alqı Eke – türkiyəli aktrisadır. 16 sentyabr 1985-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Türk və gürcü əsillidir. Anadolunun Çağaloğlu orta məktəbini bitirdikdən sonra alman dili və ədəbiyyatı üzrə təhsil almaq üçün İstanbula yollanıb, daha sonra ali təhsil almaq üçün Berlinə yollanıb. Orada teatr tənqidi və dramaturgiya üzrə oxuyub. Türkiyəyə qayıtdıqdan sonra rejissor Mustafa Şevki Dovğanla görüşməyə başlayıb. Sonuncu ona “Ailəvi ev” serialında Kısmet rolunu təklif edib. Serial 2008-ci ildə teleekranlara yol tapıb. Ardınca aktrisa “Duruyenin gugumleri”, “Qalip Derviş”, “Biz birlikdə qalmalıyıq”, “Sevən üçün həyat gözəldir”, “Adsızlar” kimi seriallarda rol alıb. 2017-ci ilin iyun ayında Alqı Eke gizli şəkildə aktyor İnan Ulaş Torunla münasibətlərini rəsmiləşdirib. Onlar toya qədər uzun müddət sevgili olublar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktrisy/1980-algi-eke.html