Cansel Elçin

Cansel Elçin

Aktyor

BİOQRAFİYA

Cansel Elçin – türkiyəli aktyordur. 20 sentyabr 1973-cü ildə Türkiyənin Tire şəhərində anadan olub. 9 yaşında olanda ailəsi ilə birlikdə Parisə köçüb. Orada “Rasin” orta məktəbini bitirib, iqtisadi təhsil alıb. Valideynləri Canselin ailəvi biznesi davam etdirməsini istəsələr də, o yaradıcılığa meyil salıb. Beləcə “Ecole Florent” teatr məktəbinə daxil olub. Orada Cansel Elçin Jerar Depardye, Sofi Marso, İzabel Acani kimi fransız kinoulduzlardan aktyorluğun incəliklərini öyrənib, Odri Totu ilə eyni sinifdə oxuyub. Kursu uğurla bitirib diploma sahib olduqdan sonra Fransanın müxtəlif teatrlarında səhnəyə çıxıb. Onun iştirak etdiyi tamaşalardan birinə şəxsən tanınmış türkiyəli rejissor Ferza Özpetek gəlib və onun oyununda feyziyab olaraq Canseli öz növbəti filminə dəvət edir. 1999-cu ildən etibarən Canselin kinokaryerası start götürür. 2015-ci ildə ilk dəfə olaraq Türkiyədə “Doktor Frankenşteyn” tamaşasına quruluş verib. Orada həm də Viktor Frankenşteyn rolunu ifa edib. 2018-ci ildə “Ağlama ana” serialında Adnan rolunu oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktery/268-dzhansel-elchin.html 

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç