Özhan Eren - türkiyəli bəstəkar, prodüser, rejissor və ssenaristdir. 8 mart 1959-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Ankarada orta məktəbi bitirdikdən sonra kartoqrafiya üzrə təhsil alıb. Türkiyənin müxtəlif yerlərində mühəndislik edib. Musiqi karyerasının əvvəlində TRT telekanalı ilə əməkdaşlıq edib. Böyük ekranlarda "120" (2008), "Son Mektup" (2015), "Dinle Neyden" (2008), "Yanlış Saksının çiçeği" (1997) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına əsasən 2008-ci ilə qədər 9 filmin bəstəkarı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1754605/