Kurt Rassel

Kurt Rassel

Aktyor, prodüsser, ssenarist

BİOQRAFİYA

Kurt Rassel 17 mart 1951-ci ildə Massaçusets ştatında yerləşən Sprinqfild şəhərində (ABŞ) anadan olub. Atası Binq Rassel kifayət qədər populyar teleaktyordur və bir çox Amerika seriallarında çəkilib. Anası Luiza Culiya Kron keçmiş rəqqasədir. Kurtun kiçik bacısı var, onun oğlu Mett Franko məşhur beysbolçudur. Kurt Rassel "Kənarda", "Tanqo və Keş", "Ulduz qapıları" filmlərində çəkildiyi baş rollar ona populyarlıq gətirir. Artist "Silkvud" dramına görə "Qızıl qlobus" kino mükafatının ilk sahibi olub. 1979-cu ildə Rassel aktrisa Sizon Habli ilə ailə qurub. 1980-ci ildə həmin nikahdan Boston adlı oğlu dünyaya gəlib. 1983-cü ildə onlar boşanıblar və Rassel birgə filmlərə çəkildiyi sarışın gözəlçə Qoldi Hounla görüşməyə başlayıb. Onunla ilk dəfə 16 yaşında olanda çəkiliş meydançasında tanış olub. Rassel və Keyt evlənməsələr belə Hollivudun ən uzun ömürlü romantik cütlüklərindən hesab olunur. Birgə vətəndaş nikahından 1986-cı il təvəllüdlü, hazırda aktyorluq edən Uayatt adlı oğlu var. Qoldi Hounun keçmiş əri  - müğənni Bill Hadsondan olan oğlu Oliver və qızı Keyt Kurt Rasseli doğma ataları kimi qəbul edir. Rassel Houn cütlüyü hazırda Aspena şəhəri yaxınlığında rançoda yaşayırlar. 2018-ci ildə "Netflix" videostrim və prodakşn şirkətinin istehsal etdiyi “Milad Hoqqaları” filminə birlikdə çəkiliblər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kurt_Rassel

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç