Səməndər Rzayev

Səməndər Rzayev

Aktyor

BİOQRAFİYA

Səməndər Mənsim oğlu Rzayev - Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti (1974), Azərbaycan SSR dövlət mükafatı laureatıdır (1980). Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Ədil İskəndərov olub. 1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub. Filmoqrafiyasında 60-dan çox ekran əsəri var. O cümlədən, “Ad günü (1977)”, “Alma almaya bənzər” (1975), “Arxadan vurulan zərbə” (1977), “Babək” (1979), “Bəyin oğurlanması“ (1985), “Dədə Qorqud” (1975), “Dəli Kür” (1969), “Nəsimi” (1973) və sair filmlərdə çəkilib. Aktyor 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat qaraciyər serrozindan vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/S%C9%99m%C9%99nd%C9%99r_Rzayev

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç