Larri-kabelçi

Larri-kabelçi

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Deniel Lourens Uitni – amerikalı stendapçı, yumorist, kino, dublyaj aktyoru və radioaparıcıdır. Daha çox Larri-kabelçi (Larry the Cable Guy) səhnə adı ilə tanınır. 17 fevral 1963-cü ildə Nebraska ştatında (ABŞ) anadan olub. “Blue Collar Comedy Tour” truppasının üzvü və “Maşınlar” cizgi filmində baş personajlardan birini səsləndirməsi ilə məşhurdur. Müasir Amerika stendapının ən parlaq simalarından hesab olunur. Karyerası ərzində “Larri-kabelçi” təxəllüsü ilə çıxış edib və kəskin cənub ləhcəsi olan “rednek” tipajında tamaşaçıların qarşısına çıxıb. Çıxışlarında tez-tez gündəmdə olan siyasi və sosial problemlərə toxunur. Onun "Lord", "I Apologize" (2001) və "The Right to Bare Arms" (2005) adlı komediya çıxışlarından ibarət albomları ABŞ-da qızıl sertifikata malikdir. Evlidir, iki övladı var. Şəxsi fermaya malikdir. Aktiv şəkildə xeyriyyəçiliklə məşğuldur. Məsələn, bir dəfə uşaq xəstəxanasına nə az, nə çox, 5 milyon dollar ianə edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Larri-kabel%C3%A7i

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç