Ozan Çolakoğlu

Ozan Çolakoğlu

Bəstəkar

BİOQRAFİYA

Ozan Çolakoğlu – türkiyəli bəstəkar, nəğməkar şair, musiqi prodüseri. Daha çox populyar müğənni Tarkanın prodüseri və mahnılarının müəllifi kimi məşhurlaşıb. 18 sentyabr 1972-ci ildə Adana şəhərində anadan olub. Berkli musiqi kollecini bitirib. Peşəkar karyerasına 1991-ci ildə başlayıb. Elə şoubiznes sahəsində ilk addımlarını Tarkanla birlikdə atıb. Tarkanın “Yine sensiz” adlı debüt albomundakı əksər mahnıların müəllifi olub.2003-cü ildə Avroviziya mahnı müsabiqəsinin qalibi olmuş “Every Way That I Can” mahnısının prodüseri və aranjemançısı olub. Bir neçə il sonra, 2009-cu ildə  Türkiyəni həmin müsabiqədə təmsil edən Hadisənin “Düm Tek Tek” mahnısını aranjeman edib. Bir sıra film və seriallara saundtreklər yazıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%BE%D0%BB%D0%B0%D0%BA%D0%BE%D0%BB%D1%83,_%D0%9E%D0%B7%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç