Pelin Esmer
Rejissor
Pelin Esmer – türkiyəli ssenarist və rejissordur. 1972-ci ildə İstanbul şəhərində anadan olub. İstanbulun Boğaziçi universitetinin sosial elmlər fakültəsinin antropologiya bölməsinin məzunudur. 2009-cu ildə “10 to 11” adlı ilk bədii filmini lentə alıb. 2005-ci ildə Arslanköydə “Oyun” adlı sənədli filmini çəkib. 2012-cu ildə “Keşikçi qüllə” adlı filmin rejissor olub. Həmin dram 5 mükafata layiq görülüb, o cümlədən ən yaxşı rejissor nominasiyasında Adana Golden Boll mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Pelin_Esmer