Olqun Şimşek

Olqun Şimşek

Aktyor

BİOQRAFİYA

Olqun Şimşek – türkiyəli aktyordur. Olqun Şimşek 1 yanvar 1971-ci ildə Türkiyənin Bursa əyalətinin Yenice kəndində anadan olub. Atası ibtidai sini müəllimi anası evdar xanım olub. İstanbul universitetinin dövlət konservatoriyasının məzunudur. 1993-cü ildən peşəkar aktyor kimi fəaliyyətə başlayıb. Demet Akbağ və Yılmaz Erdoğanla “Otoqarqara” adlı tamaşada iştirak edib. 1993-cü ildə “Tersine Dünya” və 1995-ci ildə “Yer Çekimli Aşıklar” filminə çəkilib. 1998-ci ildə “Karışık pizza” filmində oynadığı rola görə Ankara kinofestivalında “ən perspektivli aktyor” nominasiyasında qalib gəlib. 2004-cü ildə Uğur Yücelin çəkdiyi “Yazı Tura” filmində əlil əsgər rolunu oynayıb. Həmin rola görə ən yaxşı aktyor nominasiyasında Qızıl Portağal mükafatın, həmçinin Ankara kinofestivalı, İstanbul kinofestivalının mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Olgun_%C5%9Eim%C5%9Fek

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç