Özgür Özberk

Özgür Özberk

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Özgür Özberk – 6 sentyabr 1974-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Ali təhsili mühəndislik ixtisası üzrə alsa da, sonradan aktyorluğa meyl salıb. Məzun olduqdan sonra bir sıra teatrlarda çıxışlar edib. Aktyorluq sənətini ABŞ-da öyrənib. “Ne yapacaz Şimdi” filminə rejissorluq və prodüserlik edib. Aktyorluq karyerasının ilk illərində “Sirlər dünyası” serialında iştirak edib. 2004-cü ildə “Çemberimde gül oya” serialına çəkilib. Film fərqli siyasi dairələrdə boya-başa çatmış Mehmet və Yurdagül adlı iki gəncin hekayəsini danışır. Seriala Özge Özberk, Selda Alkor, Mehmet Ali Nuroğlu, Melisa Sezen kimi tanınmış aktyorlar çəkilib. Daha sonra “Gəlin” serialında Nedim rolunu oynayıb. Ardınca “Arxa cərgə” teleserialında görüntülənib. Özgür Özberk Deniz Özberklə 2012-ci ildə ailə qurub. Onların bir oğlu var. Azərbaycan tamaşaçısı Özgür Özberki daha çox "Erkenci kuş" serialındakı Fabri obrazı ilə tanıyır. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://kinoturkey.ru/tureckie-aktery/240-ozgyur-ozberk.html 

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç