Dominik Frontyer
Bəstəkar, prodüser
Dominik Frontir 17 iyun 1931-ci ildə Nyu-Heyvendə (Konnektikut ştatı, ABŞ) anadan olub. Amerikalı bəstəkar, aranjemançı, caz akkordeonçusudur. Bir sıra məşhur film və seriallara, o cümlədən “Mümkündən kənar” (1963) teleserialının ilk mövsümünün, “Fəndbaz” kinobestsellerinə saundtrek yazıb. Peşəkar musiqiçilərin ailəsində anadan olub. Yeddi yaşında olanda artıq bir neçə musiqi alətində ifa edə bilirdi. Karyerasının əvvəlində konsert akkordeonçusu kimi fəaliyyət göstərib. 12 yaşında olanda Karneqi-hollda solo konsertverib. 1940-ci illərin sonlarında biq-bende çıxış etdikdən sonra 50-ci illərin əvvəlində Los-Ancelesə köçüb və Kaliforniya universitetinə daxil olub. Bir neçə ildən sonra 20th Century Fox kinostudiyasının musiqi direktoru olub. Paralel olaraq cazz ifaçılığı ilə məşğul olub. 1960-cı illərdə bir sıra tanınmış teleproqram və kinofilmlərə, o cümlədən “Mümkündən kənar” (1963) teleserialının ilk mövsümünə, “Günorta günəşi” (1964-1967) tarixi serialına, “Siçovul patrulu” (1966-1968 ) serialına və “İşğalçılar” (1967-1968) elmi fantastik verilişlər silsiləsinə bəstəkarlıq edib. 21 dekabr 2017-cu ildə Tesukedə (Santa-Fe, Nyu-Meksiko) dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D1%80%D0%BE%D0%BD%D1%82%D0%B8%D1%80,_%D0%94%D0%BE%D0%BC%D0%B8%D0%BD%D0%B8%D0%BA