Ted Post

Ted Post

Rejissor

BİOQRAFİYA

Ted Post 31 mart 1918-ci ildə Bruklində (Nyu-York ştatı, ABŞ) anadan olub. Amerikalı kino və televiziya rejissordur. Daha çox “Peyton-Pleys” (179 epizod) və “Tüfəngin tüstüsü” (56 epizod) serialları üzərində gördüyü işə görə tanınır. 1950-ci ildən telefilm və teleserialların rejissoru kimi fəaliyyət göstərməyə başlayıb. Postun aktiv karyerası 1983-cü ilə qədər davam edir. 1986, 1991 və 1999-cu illərdə ümumilikdə 3 film ərsəyə gətirdikdən sonra, təqaüdə çıxıb. 1940-cı ildə Post Telma adında qadınla evlənib. Onunla ölümünə qədər 73 il yaşayıb. Bu nikahdan iki övladı olub: qızı Lori psixoloq olub, oğlu robert Yel hüquq məktəbinin hüquq professoru olub və 2009-2017-ci illərdə fakültə dekanı işləyib. 20 avqust 2013-cü ildə Santa-Monikada (Kaliforniya ştatı, ABŞ) vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D1%81%D1%82,_%D0%A2%D0%B5%D0%B4

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç