İnqer Stivens
Aktrisa
İnqer Stivens (18 oktyabr, 1934, Stokholm, İsveç – 30 aprel 1970, Hollivud, Kaliforniya) – amerikalı aktrisa və rəqqasə olub. 1964-cü ildə “Qızıl Qlobus” mükafatı laureatı olub. İnqer Stivens 18 oktyabr 1934-cü ildə İsveçin Stokholm şəhərində anadan olub. 9 yaşında olanda valideynləri boşanıb, o atası ilə birlikdə Nyu-Yorka köçüb. 13 yaşında atası ilə Manhettenə məskunlaşıblar. Karyerasının əvvəlində (16 yaşında olanda) Kanzas-sitidə burlesk üslubunda şoularda çıxış edib. Aktyorluq studiyasını bitirib və 1950-ci illərin ortalarında aktyorluq karyerasına başlayıb. Əvvəllər reklam çarxlarına çəkilib, müxtəlif pyeslərdə səhnəyə çıxıb. 1957-ci ildə “Od içində” filmində baş rollardan birini oynayıb. Onun iştirakı ilə çəkilmiş bir sıra filmlər ölümündən sonra ekranlara çıxıb. 30 aprel 1970-ci ildə aktrisa öz evinin mətbəxində ölmüş vəziyyətdə aşkarlanıb. 35 yaşlı İnqer Stivensin spirtli içki ilə çoxlu dərman qəbul etmək yolu ilə intihar edib. Cəsədi kremasiya edildikdən sonra qalıqları Sakit okeana səpilib. Aktrisa intihara meyilli olub, bundan əvvəl uğursuz intihara cəhd edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B8%D0%B2%D0%B5%D0%BD%D1%81,_%D0%98%D0%BD%D0%B3%D0%B5%D1%80