Miranda Reyson

Miranda Reyson

Aktrisa

BİOQRAFİYA

Miranda Reyson britaniyalı teatr, kino və televiziya aktrisasıdır. Miranda Reyson 18 noyabr 1977-ci ildə Britaniyanın Norfolk əyalətinin Börnem Torp şəhərində anadan olub. Atası Nik Reyson caz pianoçusu, anası Karolina Reyson ingilis telekanallarından birinin diktoru olub. Miranda Veber Duqlas adına Dram Sənəti Akademiyasını bitirib. 1999-cu ildən kinoya çəkilir. 2003-cü ildə “Smirnoff” arağının və “MasterCard” plastik kartının reklam çarxına çəkilib. 2005-2009-cu illərdə “Kabuslar” teleserialının aktyor heyətində yer alıb. 2011-ci ildə “Anna Boleyn" tamaşasında baş rolu oynayıb. 2007-ci ildə “Kabuslar” serialındakı tərəf müqabili Raza Caffri ilə (ata tərəfi hindistanlıdır) ailə qurub. 2009-cu ildə cütlük boşanma üçün məhkəməyə müraciət edib. Boşanma həmin ilin noyabr ayında rəsmiləşib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Miranda_Raison

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç