Culi Koks

Culi Koks

Aktrisa

BİOQRAFİYA

Culi Koks 24 aprel 1973-cü ildə İli şəhərində (İngiltərə) doğulub. İngilis aktrisasıdır. Atası neft mühəndisidir. Anası Culi o uşaq ikən vəfat edib. Culinin böyük qardaşı və Semi adlı kiçik bacısı var. Ailəsi o, 6 yaşı olanda Cakartaya köçüb. Culi Cakarta, Melburn, Hyuston və Malayziyada yaşadığı müddət ərzində 16-ya yaxın məktəb və dram kursu dəyişib. 1990-1992-ci illərdə Paris teatr emalatxanasında oxuyub. Debütünü 1992-ci ildə televiziya ekranlarında gerçəkləşdirib. “Qumsal təpələr” (Dune) və “Qumsal təpə uşaqları” mini seriallarında, “Komandanın ikincisi”, “Oksford qətli” kimi filmlərdə oynadığı rolları ilə tanınır. 2003-cü ildə “Texas Kralı” filmində oynadığı rol ona "Western Heritage Awards" mükafatını qazandırıb. Karyerası ərzində 40-dan çox film və seriala çəkilib. Bristolda vətəndaş nikahından olan əri ilə yaşayır, Lük adlı oğlu var. 2013-cü ilin oktyabr ayından şəxsi bizneslə məşğul olaraq, futbolkalar satışa çıxarıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Julie_Cox

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç