Cina Karano

Cina Karano

Aktrisa

BİOQRAFİYA

Cina Karano 16 aprel 1982-ci ildə Dallasda (Texas ştatı, ABŞ) anadan olub. Cina peşəkar Amerika futbolçusu Qlenn Karano və Dana Keysonun ailəsində ikinci uşaq olub. Cina idman karyerasına muay-tayla başlayıb. Keçirdiyi 14 döyüşdən yanlız birində məğlub olan Cina 12 qələbə qazanıb, bir oyun isə heç-heçə nəticələnib. Cina qadınlar arasında ilk dəfə keçirilən icazəli MMA döyüşünə dəvət alır və burada onun rəqibi Letisiya Pestova olur. O. cəmi 38 saniyəyə rəqibini nokaut edir. 2009-cu ildə “Qan və sümük” serialında epizodik rola çəkilib. Onun canlandırdığı qəhrəman Veretta Vendetta küçə döyüşündə qalib gəlir. Onun kinoda ilk böyük rolu isə “Nokaut” filmində Mellori Keyn rolu olur. Filmin rejissoru Stiven Soderberq bu rola yanlız Cinanı layiq görüb. Filmin premyerası 2011-ci ildə baş tutub.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D1%80%D0%B0%D0%BD%D0%BE,_%D0%94%D0%B6%D0%B8%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç