Skott Snayder

Skott Snayder

Ssenarist

BİOQRAFİYA

Skott Snayder – amerikalı yazıçı və ssenaristdir. 1 yanvar 1976-cı ildə Nyu-York şəhərində anadan olub. Həyatının böyük hissəsini doğma şəhərində keçirib. 9 yaşında yay düşərgəsində olanda ona Stiven Kinqin “Əjdaha gözü” romanını oxumağı tövsiyə edirlər. Özünün dediyinə görə yazıçılığa marağı onda məhz bu əsər oyadıb. Sonradan onun yaradıcılığına Stiven Kinqlə yanaşı, Denis Conson, Reymond Karver, Rik Bass, Coy Uilyams, Corc Sonders kimi yazıçıların təsiri olub. 1998-ci ildə Braun universitetini bitirdikdən sonra “Uolt Disney dünya əyləncə mərkəzində” işləyib. Dörd il sonra Kolumbiya Universitetində təsviri incəsənət üzrə magistr dərəcəsi əldə edib. 2009-cu ildən Marvel Comics studiyası üçün ssenari və komikslər yazmağa başlayıb. Komiks sahəsində debütü eyniadlı nəşriyyatın 70-illik yubileyi ilə əlaqədar işıq üzü görmüş “Məşəl adam” komiksi olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://fantlab.ru/autor12771

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç