Cim Kamminqs
Aktyor
Ceyms Cona “Cim” Kamminqs – amerikalı səsləndirmə aktyorudur. Karyerası ərzində 500-dən çox kinolayihədə iştirak edib. İki dəfə “Enni” mükafatı laureatı olub. İki dəfə “Emmi” mükafatına namizəd olub. 3 noyabr 1952-ci ildə ABŞ-ın Ohayo ştatının Yanqstaun şəhərində anadan olub. “Vinni Puxun yeni sərgüzəştləri” (1998-1991) məşhur cizgi serialında Vinni-Pux və Pələng onun səsi ilə danışır. Bundan başqa “Çip və Deyl”, “Qammi ayılarının macəraları”, “Viraj möcüzələri”, “Qufi və onun komandası”, “Qara plaş”, “Dəli”, “Tasman şeytanı”, “101 dalmatin”, “İt-pişik” cizgi filmlərində müxtəlif personajların səsləndirilməsində iştirak edib. Həmçinin “ƏLəddin”, “Kral şir”, “Pokahontas”, “Balto”, “Anastasiya”, “Şrek”, “Şahzadə və qurbağa” və digər cizgi filmlərinin yaradılmasında iştirak edib. Kamminqsin Stefani Kamminqsdən iki qızı var. Cütlük 2011-ci ildə ayrılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%BC%D0%BC%D0%B8%D0%BD%D0%B3%D1%81,_%D0%94%D0%B6%D0%B8%D0%BC